Modern.az

Azərbaycanda valideyn məsuliyyəti haqda qanun hazırlanır

Azərbaycanda valideyn məsuliyyəti haqda qanun hazırlanır

Country

15 Noyabr 2013, 15:51

“Hər bir qadın hamilə olmazdan öncə düşünməlidir ki, dünyaya gətirəcəyi uşağı böyüdüb boya-başa çatdırmaq imkanına malikdirmi. Qadın uşağın tərbiyəçisidir, dünyaya gələn uşağı qadın boya-başa çatdırır. Ona görə bu düşüncə tərzi qadında olmalıdır, fikirləşməlidirlər ki, “mən dünyaya uşaq gətirməyə nə qədər hazıram”. Bu sözləri Modern.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Sədaqət Qəhrəmanova deyib. O qeyd edib ki, artıq valideyn məsuliyyəti barədə qanun layihəsi hazırlanır.

“Ümumiyyətlə, Azərbaycanda valideynlərin öz uşaqlarına qarşı məsuliyyəti çox önəmli məsələdir. Bu gün Azərbaycanda valideyn məsuliyyətsizliyi var. Kim istəyirsə qeyri-rəsmi nikahda yaşaya bilər, amma dünyaya uşaq gətirmək bu, artıq məsuliyyətdir. Ona görə Komitədə valideyn məsuliyyəti barədə qanun layihəsi hazırlanır. Hər bir doğulan uşaq diqqət mərkəzində olmalı və qayğı ilə əhatə olunmalıdır. 35 yaşında qadın kömək üçün komitəyə müraciət edib. Onun nə evi, nə işi var, həyat yoldaşı da işləmir, amma 5 uşağı var. 5 uşağı dünyaya gətirəndə düşünmürlər ki, bunları necə dolandıracağıq? Quş quşluğu ilə öncə yuva tikir, sonra yumurta salır. İnsanlar nə vaxt düşünəcək ki, əvvəl sosial problemlərimi həll etməliyəm, sonra dünyaya uşaq gətirməliyəm. Ona görə atılmış uşaqlar bir problem olaraq qarşımızda dayanıb. Biri ünyaya gətirir, bir başqası isə övladlığa götürür”.

S.Qəhrəmanova valideyn himayəsi ilə bağlı qanun layihəsinin yaxın günlərdə ictimaiyyətin müzakirəsinə veriləcəyini deyib. “Ailələr boşanır, ən böyük əziyyət çəkən uşaqlar olur. Aliment verməyən atalar problemi var. Kişi əgər qadından boşanırsa, demək öz uşaqlarını da boşayır. Bu uşaqları qadın atası evindən gətirməyib. Ona görə boşanmağa baxmayaraq, ata və ana uşaqlara sahib durmalıdır. Əgər biz xoşbəxt gələcək barədə danışırıqsa, ilk növbədə övladlarımızın xoşbəxtliyi barədə birinci növbədə düşünməliyik”.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı