Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən 12 iyun istirahət günü ilə 14 iyun iş gününün yeri dəyişdirilib. Bununla əlaqədar Təhsil Nazirliyi tərəfindən Bakı və Sumqayıt şəhərlərinin və həmin ərazilərdə məskunlaşmış köçkün məktəblərinin IX sinifləri üzrə buraxılış imtahanları 14 iyun 2010-cu il tarixindən 18 iyun 2010-cu il tarixinə keçirilib. Modern.az-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən xəbər verilib. Modern.az