Modern.az

Deputatlıq sevdası

Deputatlıq sevdası

Ülke

12 Oktyabr 2010, 17:32

-Xəbərin var, bizim qonşumuz, əvvəllər dəllək işləyən, sonra toylarda dumbul çalan, bir ara manekenliyə başlayan, ardınca aparıcılıq edən, indi də dəqiq bilmirəm harada işləyən key Xuduş da deputatlığa namizədliyini irəli sürüb.

- Ooh-Ohh!

- Nə var?

- Necə yəni nə var? Daha kimlər qalmadı deputat olmaq sevdasına düşməyən?

Ürəyimdə dedim ki, hələ bu harasıdır. Birdən cinsi azlıqlardan hansısa birinin deputatlığa namizədliyini irəli sürdüyünü eşitsəm tüküm də tərpənməz.

Axı niyə də təəccüblənim. İndi əməllərində şeytan izi olanlar Kəbəni 7 dəfə dolanıb şeytana daş atıb (özləri şeytan ola-ola) Həcci ziyarət edərək çox məsuliyyətli olan Həci adını öz üzərlərinə götürmürlərmi?

Yaxud da ağzına mikrofon tutanda səsi güclə çıxanlar müğənnilik eləmirmi?

İndi də deputat olmaq dəbə düşüb. Olmaz bəyəm?

Olarda-olar. Durub deyəcəksiniz ki, deputat olmaq nə çətin işdir ki?

İmza toplayıb sənədlərini verəcək DSK-ya, sonra da başlayacaq təbliğat-təşviqat kampaniyasına. Görəcək ki, təbliğat-təşviqat səmərə vermir, namizədliyini həmin dairədən irəli sürən birinin xeyrinə geri götürüb, beş-on manatını alıb çəkilib oturacaq yerində.
Yox əgər işlər alınarsa, gəlib oturacaq deputat kürsüsündə. Nəyi pisdir ki, ayda 2000 manata qədər pulunu alıb, kənarda da ticarət şəbəkəsini qurub başlayacaq «kef çəkib» özüyçün yaşamağa. Adı da addır dəəə, «millət vəkili».

Deyəsən elə deputatlığa namizədliyini irəli sürənlərin əksəriyyəti bu kürsünün yükünü mənim düşündüyüm kimi çəkəcək. Yoxsa elə pis çıxmasın hər yerindən qalxan «mən də deputat olacam» deyə aləmə səs salmazdı.

Bəs görəsən birdən, Allah eləməmiş o yerindən duranlar  deputat olsalar necə, Milli Məclisdə də səslərinin gur yerinə salıb bu camaatın problemlərindən danışa biləcəklərmi?

Bax bu çox qəliz məsələdir. Atalar demişkən: «Millət vəkili olmaq asandır, millətə əsl vəkillik etmək isə çətin».

Gəlin çətin də olsa, çətin və şərəfli olanı seçək. Millətin vəkilliyini onun sözünü deyə bilənlərə həvalə edək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı