Modern.az

Hökumət araşdırmaya başladı - 30 min iş yeri niyə bağlanıb? - AÇIQLAMA

Hökumət araşdırmaya başladı - 30 min iş yeri niyə bağlanıb? - AÇIQLAMA

Ölkə

14 Oktyabr 2015, 14:52

2015-ci ilin 9 ayının yekunları ilə bağlı Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyev ölkədə bu müddət ərzində 67 min iş yerinin açıldığını, onun 30 mininin bağlandığını qeyd edib.

Ölkə başçısı bildirib ki, həmin iş yerlərinin nə səbəbdən bağlandığı araşdırılmalıdır. Bağlanan iş yerləri ilə bağlı Modern.az saytına açıqlama verən iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bildirib ki, prezident tapşırıq verib və məsələ ciddi araşdırılır:

“Bununla bağlı tapşırıq verilib, araşdırma gedir. Statistika Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi birlikdə araşdırma aparır”.

Aytən Zəhra

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı