Modern.az

“Böyük güclər”in “qızıl bir milyard” planı...

“Böyük güclər”in “qızıl bir milyard” planı...

Ölkə

8 Yanvar 2016, 11:23

“Böyük güclər”… İlk dəfə bu sözə illər əvvəl oxuduğum “Komitet 300” kitabında rast gəlmişdim. Böyük Britaniya Xüsusi Xidmətinin keçmiş zabiti Con Koulmana məxsus əsərdə, insanlıq üzərində oynanılan qaranlıq məqamlar əksini tapıb. Əvvəlcə, oxuduqlarım mənə xülya, fantastika kimi görünürdü. Müəllif isə iddia edirdi ki, yazdıqları, mərkəzində dayandığımız, lakin xəbərsiz olduğumuz dəhşətli həqiqətləri gör­mə­si üçün, bəşəriyyətin gö­zünü açmağa cəhddir. Dünyada müstəqil ölkə və  xalq anlayışı sadəcə sözdədir. Əslinə qalada hamımız  “Böyük güclər”in oyuncağıyıq.

“Xırda balıqlar böyük balıqların şikarına çevrilmək üçün yaranır”  

“Böyük güclər” kimlərdir? İndiyə kimi bu haqda oxuduğum və araşdırdığım bütün məlumatlar çox qarışıqdır. Əsl həqiqət isə belədir... Böyük dövlətlər xırda dövlətlərə göz verib, işıq vermir. Xırdalar içlərində güc toplayıb etiraz edəndə, məhvə məhkum olunurlar. Bu məqamda “Böyük balıqların şikarına çevrilmək üçün yaranır xırda balıqlar” məsəli yadıma düşdü.
İnsanlar da eynilə belədirlər. Xırdalar, gücsüzlər sanki haqsızlıq önündə susmaq üçün doğulublar. Əlahəzrət zaman həmişə böyük “balıqlar”ın xeyrinə işləyir. Onların mənasız ambisiyalarının ucbatından zərbə sadə insanlara dəyir. Ölkələr viran qoyulur, millətlər bir-birinə düşmən edilir, milyonların ömrü yarıda qırılır və daha nələr, nələr... Sonda barış olur. Bir müddət sonra hər şey yenidən təkrarlanır. Oyuncaq kimi oynanılır insanlıqla...


Allahın yaratdığı Allahlıq iddiasına düşüb
 

Sirli və qara niyyətli  “Böyük güclər” güclərinə o qədər arxayın olublar ki, yer kürəsində  Allahlıq iddiasına düşüblər. Fərq əslində böyükdür. Uca Rəbbimiz yaradandır, sevəndir, hifz edəndir. “Böyük güclər”in isə dağıdıcı, sevgisiz xainlər toplusundan ibarət olduğu insanlığı düşürdükləri vəziyyətdən də bəllidir. Özlərindən bir yalan uydurublar və bu yalana israrla inanırlar. Nə imiş? “Yeni Dünya Nizamı”. “Böyük güclər” iddia edirlər ki, Yer kürəsi üçün 7 milyard əhali çoxdur. Yalnız 1 milyardın yaşamaq haqqı var. 6 milyardı isə təxirəsalınmadan məhv etmək lazımdır.

Görəsən  “qızıl bir milyard” hansı “bəxtəvərlər” olacaq?

Bir qədər keçmişə  nəzər salaq. Eramızın əvvəlində dünyada  təqribən 230 milyon insan yaşayıb. Birinci minilliyin sonunda onların sayı 275 milyona çatıb.  1900-cu idə artıq dünya üzrə əhali 1,6 milyard, 1960-cı ildə 3 milyard, 1999-cu ildə 6 milyar nəfər təşkil edib. Hazırda sonuncu rəqəmin üzərinə 1 milyard da əlavə olunub. 2050-ci ilə isə proqnoz daha böyükdür. Yer kürəsində əhalinin sayı 9,2 мilyard nəfərə kimi yüksələ bilər. Ötən əsrin 70-ci illərinə xəyali səyahət etsək görərik ki, həmin dönəmdə  əhali hiberbolik templə artırdı. Elə həmin dövrdən də başlayaraq “Yeni Dünya Nizamı” layihəsi işə salındı. Qərbdə spirtli içki və narkotikə aludəçilik yaratmaqla, Şərqdə isə münaqişə ocaqlarını alovlandırmaqla insanlığın məhvinə start verildi. Hal-hazırda  Yer kürəsində əhalinin artım tempində azalma müşahidə olunur. Bu “böyük gücləri” hələ də qane etmir. İddialara əsasən, mövcud resurslar sayı 10 milyarda yaxınlaşan insanlara bəs etməyəcək. Ona görə də bu statistika təxirəsalınmadan azaldılmalıdır.

İnsanlığa nifrət açıq-aşkar hiss olunur

Topluma özlərini insanlığın xilaskarı kimi “sırımağa” çalışan “Böyük güclər”in əslində, insanlığa nifrət bəslədiyi açıq-aydın görünür. Ölkələrin dağıdılması, canlıların məhv edilməsi çıxış yolu ola bilməz. Çünki, “Yeni Dünya Nizamı”nın gətirdiyi müharibələr aclıq, xaos, qaçqınlıq, yarımçıq qalmış ömürlərdən başqa bəşəriyyətə heç nə vermir. İnsan sayı azalmır, əksinə, artır. Pul, güc, dövlətlər... Hamısının fövqündə yenə də insan amili dayanır. Pul və gücə kim sahibdirsə, əks cəbhədə olana “diş ağardır”. Dünya illərdir davam edən münaqişələr hesabına hazırda genişmiqyaslı müharibə meydanına çevrilib. 20-30 il əvvəl də münaqişələrin mərkəzində Amerika və Rusiya dayanırdı, indi də... Amma bu işdə bir əmma var. Hər iki fövqəlgüc aysberqin sadəcə görünən tərəfidir.

Günü qara olmuş planet sakinləri

İnsanlıq imtahana çəkilir. Zəiflik göstərən xaincəsinə yerindəcə vurulur. İnsanlığa xain çıxanlardan bundan artığını gözləməyə də dəyməz. Amerika və Rusiya sanki eyni kişinin arvadları olan iki günü kimidirlər. Bir-birinin inadına planetin sakinlərinin gününü qara ediblər. Ölkələr var ki, tamamilə xarabazara çevrilib. İnsanların məhvinə hesablanan hadisələr bir-birini ildırım sürəti ilə əvəz edir. Qocadan da qoca dünya elə bil son akordlarını vurur. Bütün günahlar isə Yaradanın sevərək yaratdığındadır. “Böyük güclər” qaragün insanlarla yanaşı, planetin də axırına çıxırlar. Məhv olmuş planetdən isə nə onlar, nə də onların “qızıl bir milyard”ı xeyir tapar.

P.S. Deyirəm, vay bizimlə yanaşı, bizdən sonra gələcək nəsillərin halına...

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı