Modern.az

Metyu Brayza Səfər Əbiyevin qəbuluna gəlib

Metyu Brayza Səfər Əbiyevin qəbuluna gəlib

Təhsil

25 Aprel 2011, 18:15

Aprelin 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzanı qəbul edib.

Bu barədə Modern.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Görüşdə ABŞ-Azərbaycan ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin gedişatı və inkişaf perspektivləri müzakirə edilib, eyni zamanda təxirə salınmış birgə hərbi təliminin keçiriləcəyi vaxt barədə də danışılıb. Bundan başqa enerji infrastrukturunun təhlükəsizliyi haqda da fikir mübadiləsi aparılıb.
Görüşdə ABŞ-ın Azərbaycandakı hərbi attaşesi polkovnik Melvin Duqlas Saks iştirak edib.


Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı