Modern.az

Tiflis şeyxə alternativ olan Gürcüstan Müsəlmanlar İdarəsinin legitimliyini tanıyıb

Tiflis şeyxə alternativ olan Gürcüstan Müsəlmanlar İdarəsinin legitimliyini tanıyıb

Education

30 İyun 2011, 16:21

Bu barədə Gürcüstanın yeni şeyxi Vaqif Əkbərov açıqlama verib

Rəsmi Tiflis Gürcüstan Müsəlmanları İdarəsinin legitimliyini tanıyır. Modern.az  “qruziya online” saytına istinadən bildirir ki, bu barədə bir müddət öncə yaradılmış idarənin şeyxi Vaqif Əkbərov bildirib.
Onun sözlərinə görə, hər iki tərəf əməkdaşlığa hazır olduğunu bəyan edib. “Bizim idarə Gürcüstan höküməti ilə sıx əməkdaşlıq etmək niyətindədir. İndi bizim idarə inzibati bina üçün torpaq sahəsinin ayrılması və onun GMİ-nin mülkiyyətinə verilmısi ilə bağlı danışıqlar aparmağa hazırlaşır”-deyə şeyx vurğulayıb. 

Gürcüstan Müsəlmanlar İdarəsinin nümayəndələri bu ölkənin baş naziri Nika Qilauri ilə görüşüblər. Tanışlıq məqsədi daşıyan bu görüşdə İdarənin problemləri ilə bağlı söhbət aparılıb.

Qeyd edək ki, Qafqaz Müsəlmanlar İdarəsi bu qurumun yaradılmasına etiraz edib. Hacı Allahşükür Paşazadə GMİ-nin yaradılmasını “siyasi addım” kimi qiymətlərndirib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı