Yanvarın 23-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti qış sessiyası öz işinə başlayacaq.
Sessiya çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvü Sahibə Qafarova «Mədəni həyatda iştirak etmək hüququ», «Dünyada qadınların hüquqlarının genişləndirilməsi», «Avropa Şurası Konvensiyasına müvafiq olaraq qadınlara qarşı ailədə zorakılıqla mübarizə» və digər məsələlər haqqında müzakirələrdə iştirak edəcək.
Deputat bu məsələlərlə bağlı ölkəmizdə həyata keçirilən gender siyasəti, məişət zorakılığına qarşı mübarizə üzrə həyata keçirilən tədbirlər haqqında da məlumat verəcək.
S.Qafarova Azərbaycanda həyata keçirilən gender siyasətinin müsbət nəticələr verdiyini söyləyərək bildirib ki, dövlətin təşviqedici tədbirləri və qəbul olunan əhəmiyyətli qərarlar qadınların cəmiyyətə daha çox transformasiyasını təmin edib.
Onun sözlərinə görə bu, onların ictimai həyatda və idarəçilikdə rolunu daha da gücləndirib.
Modern.az