Modern.az

“Dövlətqaçqınkom”: “Köçkünlərə verilən “çörəkpulu”nun artırılması gündəmdə deyil”

“Dövlətqaçqınkom”: “Köçkünlərə verilən “çörəkpulu”nun artırılması gündəmdə deyil”

Education

24 Dekabr 2012, 13:39

“Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılıb artırılmayacağı barədə məlumatım yoxdur”.
Bu sözləri Modern.az-a açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyib. O bildirib ki, məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinəti sonuncu dəfə 2011-ci il dekabrın 23-də prezidentin müvafiq sərəncamlı ilə artırılıb.

“Sərəncamla bu məbləğ 16.5 manat olub. Yəni ailədə hər adambaşına məcburi köçkün 16.5 manat yemək xərci alır. Məbləğin artırılması məsələsinə gəlincə, bu sırf prezidentin səlahiyyətində olan məsələdir. Gələn ildən yemək xərci üçün verilən aylıq müavinətin artırılıb artırılmayacağı barədə isə əlavə məlumatım yoxdur”, – deyə mətbuat katibi qeyd edib.  

Aytən Əliyeva
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı