Modern.az

Erməni katalikosu Allahşükür Paşazadənin məktubu hələ almayıb

Erməni katalikosu Allahşükür Paşazadənin məktubu hələ almayıb

Education

5 Noyabr 2013, 12:08

Erməni katalikosu 2-ci Qaregin Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin məktubunu hələ almayıb. Modern.az bildirir ki, bu barədə Eçmiəzdin dəftərxanasının rəhbəri Vaqram Məlikyan bildirib.

“Bizdə bununla bağlı KİV-də getmiş məlumatdan savayı əlavə məlumat yoxdur. Hazırda deyə bilərəm ki, katalikos hələlik heç bir məktub almayıb”-deyə Məlikyan bildirib.

Xatırladaq ki, noyabrın 1-də QMİ sədri A.Paşazadə Azərbaycanda əsirlikdə olan erməni hərbi qulluqçusu Akop İncəqulyanla görüşüb. Görüşdən sonra QMİ sədri bildirib ki, bununla bağlı katalikosa məktub göndərəcək. 

X.SƏFƏROĞLU

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı