Modern.az

Hərbi Prokurorluqda memorial soyqırım muzeyi açılıb

Hərbi Prokurorluqda memorial soyqırım muzeyi açılıb

Education

24 Fevral 2014, 18:15

Fevralın 24-də Hərbi Prokurorluğun inzibati binasında Memorial Soyqırım muzeyinin açılışı olub. Hərbi Prokurorluğun mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, muzeyin açılışında Azərbaycanın baş prokuroru Zakir Qaralov, İnsan Hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova, işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları, Milli Məclisin deputatları, xarici ölkələrin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycanın hərbi prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, XX əsrin əvvəllərində erməni quldur dəstələri Azərbaycanın demək olar bütün ərazilərində xalqımıza qarşı soyqırımı törədiblər. Onun sözlərinə görə, erməni millətçilərinin xüsusi amansızlıqla və qəddarlıqla törətdlikləri kütləvi qırğınların, bəşəriyyət və sülh əleyhinə cinayətlərin tarixin yaddaşına həkk olunması, bütövlükdə Qarabağ hadisələri ilə bağlı obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu barədə gələcək nəsillərin ixtiyarına tutarlı dəlillərin və ətraflı məlumatların verilməsi məqsədi ilə Hərbi Prokurorluğun təşəbbüsü bəyənilərək 2013-cü il iyulun 19-da baş prokuror Z.Qaralov tərəfindən Hərbi Prokurorluqda Memorial Soyqırım muzeyinin yaradılması barədə əmr imzalanıb. Məlumatda qeyd edilir ki, həmin əmrin icrası ilə əlaqədar hərbi prokurorun müvafiq sərəncamı ilə işçi qrupu təsis edilib. İşçi qrupu tərəfindən qısa müddət ərzində tarixi sənəd, faktlar və istintaq materialları əsasında zəngin soyqırım muzeyi yaradılıb. Xatirə muzeyi XX əsrin əvvəllərindən bəri bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar  nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilib.

Mərasimdə çıxış edən baş prokuror Z.Qaralov muzeyin ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlərin dünyada tanıdılması istiqamətində əhəmiyyətini vurğulayıb. Muzey 4 bölmədən: tarix, deportasiya-repressiya, soyqırım və terror bölməsindən ibarət olmaqla cəmi 320 kvadratmetr sahədə yerləşir.

Muzey xalqımıza qarşı törədilən soyqırım, deportasiya, hərbi cinayətlər barədə xarici və azərbaycan müəllifəlirinin kitablarından ibarət  zəngin kitab fondu ilə də təchiz olunub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı