Modern.az

Qənirə Paşayevaya Türkiyədə ödül verildi- FOTO

Qənirə Paşayevaya Türkiyədə ödül verildi- FOTO

Education

15 Mart 2014, 20:24

Modern.az xəbər verir ki, siyasətdə, sivil toplumda, iş dünyasında aktiv və güclü qadınları mükafatlandıran "4-cü ANGİAD Kadın Platformu"nun tədbirinə Türkiyə, Türk dünyası və müsəlman ölkələrindən bir sıra ictimai-siyasi xadimlər, iş qadınları, qeyri-hökumət və KİV nümayəndələri, iş qadınları qatılıb. Qadınların siyasi, sosial və iqtisadi statusunun güclənməsinin, demokratik inkişafının və toplumsal rifah səviyyəsinin göstəricilərindən olduğunu vurğulayan ANGİAD Yönetim Qurulu başqanı Fatma Semiz dünyanın ən böyük iqtisadiyyatları i arasında yer almağı hədəfləyən Türkiyədə toplumsal cinsi bərabərliyin önəminə diqqət çəki. Fatma Semiz dünyada qadınların hər sahədə iştiraklarının son on ildə önəmli şəkildə artdığını deyərək, amma bunun yetərli olmadığını, hər sahədə qadın və kişilərə bərabər imkanların yaradılmasının vacibliyinə diqqət çəkib.

Bir sıra çıxışçılardan sonra AK Parti Ankara millət vəkili Tülay Selamoğlu, MHP genel başkan yardımcısı, millət vəkili Zuhal Topçu, Ankara Büyükşehir Bələdiyyə başqanı Melih Gökçekin xanımı Nevin Gökçek, Azərbaycan millət vəkili Qənirə Paşayeva, Mərakeş Krallığı ailəsinin üzvü Lalla Omnia El Hassani Sbai, Sosial Güvenlik Kurumu başkanı Yadigar Gökalp İlhan, idmançı Gizem Girişmen, yazar Cemalnur Sargut, "AYİŞA" dərgisinin sahibi Pınar Küçükşabanoğlu, oyuncu Pelin Karahan, sunucu Saba Tümerin də olduğu bir sıra qadına ödüllər təqdim olunub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı