Modern.az

NATO-dan Rusiyaya sanksiya

NATO-dan Rusiyaya sanksiya

Education

1 Aprel 2014, 22:36

Modern.az saytı xəbər verir ki, NATO-nun üzvü olan 28 ölkənin xarici işlər naziri Rusiyanın Krımı ilhaq etməsindən sonra ilk dəfə Brusseldə toplanıblar.

Toplantının sonunda  Rusiyaya qarşı sanksiya qərarı qəbul edilib.

Rusiya ilə bütün mülki və hərbi əməkdaşlığın təxirə salındığı açıqlanıb. Eyni zamanda NATO Rusiyanı beynəlxalq hüquqa hörmət etməyə çağırıb.

Qeyd edək ki, NATO-nun Ukraynaya hansı formada kömək edə biləcəyi məsələsi də Brusseldə müzakirə edilib.

Nazirlər həmçinin Şərqi Avropadakı müttəfiqlərinə Rus təhlükəsinə qarşı hansı formada təminatı verilə biləcəyini dəqiqləşdirməyə çalışıblar.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı