Türkiyənin Bakırköy bölgəsində Ana Vətən Partiyasından keçmiş millət vəkili Adnan Yıldızın maşınına evinin qarşısında silahlı 2 şəxs hücum edib. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, hadisə nəticəsində 3 nəfər ölüb.
Hücumda Yıldızın həyat yoldaşı və qızı hadisə yerində həyatını itirib. Silahlı hücum edənlərdən biri də maşından açılan atəşlə həyatını itirib. Adnan Yıldız isə yaralı vəziyyətdə xəstəxanaya aparılıb.

Misranə Həsənzadə