Modern.az

XİN: “Avropalı parlamentarilərin Qarabağa qanunsuz səfəri araşdırılır”

XİN: “Avropalı parlamentarilərin Qarabağa qanunsuz səfəri araşdırılır”

Education

21 Aprel 2014, 17:51

“Xarici İşlər Nazirliyi Avropa Parlamentinin üzvləri Frank Engel və Eduardo Lorezo Oçoanın Dağlıq Qarabağa qanunsuz səfərindən xəbərdardır. Hazırda araşdırmalar aparılır. Yaxın zamanda ictimaiyyətə bununla bağlı məlumat veriləcək”.

Bunu Modern.az-a Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

Qeyd edək ki, Avropa Parlamentinin üzvü Frank Engel və “Ermənistanın Avropalı Dostları” təşkilatının direktoru Eduardo Lorezo Oçoa Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər ediblər. Avropalı parlamentarilər separatçı rejimin başçısı Bako Saakyanla görüşərək əlaqələrin inkişafını müzakirə ediblər.  

Rafiq Qənbərov
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı