Modern.az

Hökumət “Şanxay” məhəlləsi haqda hələ də qərar çıxarmayıb

Hökumət “Şanxay” məhəlləsi haqda hələ də qərar çıxarmayıb

Təhsil

25 Aprel 2014, 12:47


Keşlə qəsəbəsindəki dəmir yolu xəttinin kənarında yerləşən və “Şanxay” adı ilə məhəllədə tikililərin sökülməsi ilə bağlı Nəqliyyat Nazirliyi Nazirlər Kabinetinə müraciət edib. Modern.az xəbər verir ki, dəmiryolunun sahil mühafizə zolağında yerləşən qanunsuz tikililərin nə zaman söküləcəyi hələ ki, məlum deyil.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov da hökumətin müvafiq qərarını gözlədiklərini qeyd edib.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli isə qeyd edilən ərazini tanımadığını və bu barədə məlumatsız olduğunu söylədi.

Qeyd edək ki, bir müddət əvvəl “Azəryolservis” ASC- nin sədri, millət vəkili Cavid Qurbanov da Keşlə qəsəbəsindəki dəmir yolu xəttinin kənarında yerləşən və “Şanxay” adı ilə tanınan qanunsuz tikililərin söküləcəyi ilə bağlı jurnalistlərə açıqlama vermişdi Millət vəkili orada park salınacağını və yollar tikiləcəyini söyləmişdi.

Bakının Nizami rayonunun Keşlə qəsəbəsindəki “Şanxay” adlanan ərazidən keçən dəmir yolunun mühafizə zolağında tikilmiş evlərin sökülməsi məsələsi uzun müddətdir gündəmdədir. Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli, 33 saylı qərarına əsasən, dəmir yolunun mühafizə və sanitar zolağı müəyyənləşib. “Şanxay” da mühafizə və sanitar zolağa düşən ərazidir.

 

Gültəkin ƏLƏSGƏR     

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı