Modern.az

“Barselona”nın keçmiş baş məşqçisi öldü

“Barselona”nın keçmiş baş məşqçisi öldü

Education

25 Aprel 2014, 21:55


Bir neçə gün öncə reanimasiyaya yerləşdirilən İspaniyanın “Barselona” futbol klubunun keçmiş baş məşqçisi Tito Vilanova dünyasını dəyişib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən təcrübəli mütəxəssis 45 yaşında vəfat edib.
Vilanova 2012-ci ildə “Barselona”nın baş məşqçisi təyin olunub. Ancaq bir müddət sonra vəziyyəti pisləşdiyindən müalicə olunmaq üçün Nyu-Yorka gedib. Xəstəliyinin şiddətlənməsi nəticəsində işləyə bilməyəcəyini açıqlayan Vilanova, 2013-cü il iyulun 19-da baş məşqçilikdən gedib. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı