Modern.az

Heydər Əliyev Mərkəzi üzərində qeyri-adi videogörüntülər - FOTOLAR

Heydər Əliyev Mərkəzi üzərində qeyri-adi videogörüntülər - FOTOLAR

Education

28 Aprel 2014, 08:08


Aprelin 27-də Heydər Əliyev Mərkəzinin binası üzərində video installyasiya  nümayiş etdirilib.

  Modern.az- məlumatına görə, installyasiyasının süjeti xəttini  Azərbaycan mədəniyyət və incəsənət tarixinə səyahət təşkil edib. Paytaxt sakinləri 15 dəqiqəlik şou ərzində Qobustan qayaüstü rəsmlərinin yarandığı dövrdən bu günə qədər Azərbaycanın xalçaçılıq sənəti, ədəbiyyatı, musiqisi və  rəssamlığının ən müxtəlif mərhələlərini müasir audio-vizual formatda izləyiblər. Azərbaycan mədəniyyət tarixinin görkəmli simaları Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Xurşudbanu Natəvan, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tahir Salahov, Toğrul Nərimanbəyov, Bülbül, Müslüm Maqomayev, Rəşid Behbudov və digərlərinin portretləri, eləcə də onlara ölməzlik qazandıran əsərlərinə aid təsvirlər nümayiş etdirilib.
Video installyasiya dünya şöhrətli siyasi xadim lideri Heydər Əliyevin Azərbaycanın üçrəngli bayrağının fonundakı portretinin nümayişi ilə başa çatıb.   

İnstallyasiya tanınmış pianoçu və bəstəkar İsfar Sarabskinin musiqisinin müşayiəti ilə təqdim olunub.   Qeyd edək ki, video installyasiya “Hypnotica Visual Performance” komandası tərəfindən təqdim edilib.
















Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı