Modern.az

Fərəc Quliyev keçmiş silahdaşı Leyla Yunusdan danışdı"

Fərəc Quliyev keçmiş silahdaşı Leyla Yunusdan danışdı"

Təhsil

7 May 2014, 13:00


Öz çıxışları və əməlləri ilə hər dəfə Azərbaycan əleyhinə danışan, onun milli maraqlarına zidd hərəkət edən Leyla Yunus etiraf edir ki, aprelin 28-də saxlanması zamanı bilərəkdən şou düzəldib. O qeyd edir ki, həmin vaxt onları faktiki olaraq Fransanın Azərbaycandakı səfiri və ABŞ səfirliyinin ikinci şəxsinin iştirakı ilə saxlayıblar : "Bununla da qalmaqal geniş kütləyə yayılıb ki, bizim də istəyimiz elə bu idi. Prokurorluqda növbəti dəfə dindirildikdən sonra sakit həbs məni qane etmirdi". Bu, bir daha onu təsdiqləyir ki, özünü hüquq müdafiəçisi adlandıran Leyla Yunus saxlanılması hadisəsini şouya çevirib və bununla da Azərbaycana növbəti dəfə zərbə vurmaq istəyib. 

Bununla bağlı millət vəkili Fərəc Quliyev vurğuladı ki, Leyla Yunus sözügedən hərəkətləri ilə özünün günahsız olduğu imicini formalaşdırmaq, bəzi Qərb dairələrini ölkəmizə qarşı qaldırmaq məqsədi daşıyıb: "Leyla Yunus kimiləri öz ətrafında belə şoular yaratmaqla guya nəyəsə nail olmaq istəyir. Amma dünyanın bütün ölkələrində, elə Fransanın özündə də dövlətə qarşı olan adamları maskalılar belə zorla, hətta müqavimət göstərilərsə, öldürməklə də zərərsizləşdirirlər. Azərbaycan hüquq-mühafizə orqanları isə sivil davranış normaları nümayiş etdirdi. Leyla Yunus polisin papağını yerə atmaq hərəkətində bulundu, amma hüquq-mühafizə orqanları buna reaksiya vermədilər. Hesab edirəm ki, Azərbaycanın milli mövqeyinə zidd hərəkət edənlərə qarşı ən sərt tədbirlər görülməlidir. Belə şeylərdə güzəşt olmur. Demokratiya, aşkarlıq, bərabərlik məsələləri yalnız sivil formada yarışda, seçkilərdə, əməli fəaliyyətdə görsənməlidir. Yoxsa, düşmən dövlətlə əməkdaşlıq edir, sonra da onu zərərsizləşdirəndə hay-küy salmağa başlayır. İkinci bir tərəfdən, bir daha aydın oldu ki, Azərbaycanda bəzi qüvvələr ölkəmizin imicinin mənfi halda formalaşdırılması üçün əllərindən gələni edir. Hər bir ölkədə çatışmamazlıqlar ola bilər. Amma insan hər bir fəaliyyətində milli maraqları əsas götürməlidir. Prioritet olaraq öndə milli maraqlar dayanır. Lazım gələndə şəxsi, qrup maraqları milli marağa qurban verilməlidir. Lakin Leyla Yunus kimiləri dövlət maraqlarını şəxsi maraqları naminə ayaqlar altına atmaları bir tərəfə, onlar həm də süni şəkildə Azərbaycanın imicinə zərər vuran addımlar atırlar. Belə hallar ictimaiyyət tərəfindən qınanılmalı, hüquq-mühafizə orqanlarına dəstək verilməlidir. Belə məsələlərlə bağlı olaraq daha sərt tədbirlərin görülməsi tərəfdarıyam. Yunuslar Azərbaycana bağlı insanlar deyil. Belədə onların atdığı bütün addımlar, hərəkətlər ölkəmizin imicinə zərbə vurmaq üçündür. Bu yolla da ölkəmizə qarşı beynəlxalq arenada mənfi imicin formalaşması, sərt reaksiya və sanksiyaların yaranmasına zəmin yaratmağa çalışırlar. Belə fəaliyyət ölkəyə qarşı fəaliyyət göstərməkdir və düşünülmüş şəkildə olan addımlardır".

Rüfət NADİROĞLU  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı