Modern.az

“Dağlıq Qarabağ Avrasiya İttifaqına daxil edilməyəcək” – AÇIQLAMA

“Dağlıq Qarabağ Avrasiya İttifaqına daxil edilməyəcək” – AÇIQLAMA

Education

15 May 2014, 17:00

 

Gömrük və Avrasiya İttifaqlarının gələcək inkişaf perspektivləri ilə bağlı keçirilən beynəlxalq telekörpü zamanı Ermənistan və Dağlıq Qarabağ arasındakı sərhəd xətti məsələsi müzakirə olunub. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Avrasiya İqtisadi İttifaqının departament müdiri Anton Azarov Ermənistanın dünya birliyi tərəfindən tanınan sərhədləri boyu gömrük rejiminin qurulacağını bəyan edib: “Dağlıq Qarabağın Gömrük İttifaqına və digər qurumlara üzvlüyü, ümumiyyətlə, heç nəzərdən keçirilmir. Avrasiya İttifaqının sərhədləri Ermənistanın dünya birliyi tərəfindən tanınan sərhədləri daxilində olacaq”.

Onun sözlərinə görə, Avrasiya İttifaqının yaranması barədə müqavilə mayın 29-da imzalanacaq. İyunun 1-dən isə Ermənistan da Rusiya, Belarus və Qazaxıstana qoşulacaq. Qazaxıstan parlamentinin deputatı Kamran Burxanov da rusiyalı həmkarının fikirləri ilə razılaşaraq Dağlıq Qarabağın Gömrük və Avrasiya ittifaqlarına daxil olmayacağını bildirib: “Avrasiya iqtisadi məkanı ilk növbədə ticarət ittifaqıdır. Təbii ki, o beynəlxalq sərhədlər üzərindən keçəcək. Başqa ərazilərin birləşməsindən söhbət belə gedə bilməz. Əks halda, biz dünyanın heç bir ölkəsinin, nə Rusiyanın, nə də Qazaxıstanın tanımadığı sərhədləri de-fakto tanımış oluruq. Xatırladaq ki, bundan öncə Ermənistanın Gömrük İttifaqına üzvlüyünün ləngiməsinin Dağlıq Qarabağla bağlı olduğu deyilirdi. Ermənistan mətbuatının iddialarına görə Qazaxıstan Gömrük İttifaqına üzv olduqdan sonra Ermənistanla Dağlıq Qarabağ arasında sərhəd-keçid məntəqələrinin qurulmasını tələb edir.

 

Vüqar İsmayılov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı