Modern.az

Prezident qohumlarına vəzifə paylayır

Prezident qohumlarına vəzifə paylayır

Education

15 May 2014, 20:24



Tacikistan prezidenti Emomali Rahmon xarici işlər nazirliyində rəhbər vəzifələrə öz yaxın qohumlarını qoyub.
 
Prezidentin qızı Ozoda Rahmon xarici işlər nazirinin birinci müavini olub.Bundan əvvəl o, nazirin müavini idi.
 
Modern.az "Azadlıq" radiosuna istinadən xəbər verir ki, eyni gündə - mayın 15-də  prezidentin kürəkəni Ashraf Gulov Tacikistanın Rusiyada baş konsulu təyin edilib.
 
Keçən həftə isə prezident öz  bacısı oğlu Sirojiddin Gulmurodovu Khatyon vilayətinin vergi xidmətinin rəisi vəzifəsinə qoymuşdu.
 
Rahmonun digər kürəkəni – Jamoliddin Nuraliev uzun müddətdir ki, maliyyə nazirinin müavinidir.
 
Prezidentin böyük oğlu Rustam Emomali isə keçən ilin axırında Tacikistanın Gömrük Xidmətinin rəisi təyin olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı