"Təmiz Dünya” Qadınlara Yaradım İctimai Birliyi, Sülh korpusu və "Gulsam" əlillərin dizayn İctimai Birliyi Ağsu şəhərində bir qrup qadın arasında “Gender (kişi qadın) bərabərliyi haqqında” qanunun müzakirəsini aparıb.
Modern.az xəbər verir ki, müzakirə zamanı qanundan irəli gələn müddəalar iştirakçıların diqqətinə çatdırılıb. Təlimdə qadınların qərar qəbul etmədə iştirakına mane olan amillərə toxunulub. Təlim zamanı iştirakçıların mövcud vəziyyətlə bağlı təhlil göstərib ki, Ağsu rayonunda qadınlara qarşı qatı stereotiplər hökm sürür. Hətta rayonda vəzifədə olan qadınlarla ailə qurmaq belə böyük qəbahət hesab edilir.“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi, Ailə, Uşaq və Qadın Problemləri üzrə dövlət Komitəsinə rayonda qadınlara qarşı mövcud stereotiplərin aradan qaldırılmasına dair uzun müddətli proqramların hazırlanmasını və bu prosesdə könüllü yardımını təklif edir.
Modern.az