Modern.az

Moskvada Azərbaycan tarixçisinin əsəri nəşr edilib

Moskvada Azərbaycan tarixçisinin əsəri nəşr edilib

Education

22 May 2014, 12:51

Modern.az xəbər verir ki, tanınmış tarixçi alim, professor Musa Qasımlının “Anadolu və Cənubi Qafqaz 1724-1920-ci illərdə: tarixi gerçəklik axtarışında” adlı irihəcmli monoqrafiyası Moskvda Mədəniyyət Fondunun “İNSAN” nəşriyyatında nəşr edilib. Əsərdə Rusiya, Gürcüstan, ABŞ, Böyük Britaniya, Türkiyə, Azərbaycan arxiv materialları və digər mötəbər mənbələr əsasında  çarizmin isti dənizlərə enmə strategiyası və ermənilər, “erməni məsələsi”nin süni surətdə meydana çıxarılması, 1905-1906-cı illərdə baş verən qırğınlarda Daşnaksütyunun “Böyük Ermənistan” qurulması üçün çalışması,  İraliya-Türkiyə və Balkan müharibələrindən yararlanma cəhdləri, Birinci Dünya müharibəsi illərində  silahlı dəstələrin hazırlanması və fəaliyyətləri, İttihad və Tərəqqi hökunmətinin təklükəsizlik tədbirləri, Rusiyada Fevral inqilabından sonra Anadluda və Cənubi Qafqazda şərait, Cənubi Qafqazda, o cümlədən Bakıda 1918-ci ilin martında törədilən soyqırım təkzibedilməz fakt və sənədlər əsasında şərh və təhlil edilir. İstifadə edilən mənbələrin əksəriyyəti elmi dövriyyəyə ilk dəfə gətirilib. Xarici ölkələrin arxivlərindən götürülərək monoqrafiyada istifadə edilən  fotoşəkillər diqqəti cəlb edir.

Bu əsər Musa Qasımlının xarici ölkələrdə işıq üzü görən 10-cu monoqrafiyasıdır. Monoqrafiyanın elmi redaktoru tanınmış alim – tarix elmləri doktoru, professor Əli Həsənov, rəyçiləri Türkiyədən professor Kamal Çiçek, Gürcüstandan professor Quram Marxuliyadır. Müsbət rəylərin verildiyi bu əsər Türkiyədə türk dilində nəşrə hazırlanır.

Qeyd edək ki, uydurma erməni soyqırımının 100 illiyi yaxınlaşdıqca Ermənistan və xarici ölkələrdəki erməni diasporası fəaliyyətlərini artırıblar. Onların yalanlarına tarixi mənbələrə əsasən tutarlı elmi cavab verilməsi tarixçilərimizin vəzifələrindən biridir.

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı