Roma Papası Fransiskın Yaxın Şərq üzrə üçgünlük səfəri başlayır. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ilk səfər İordaniyaya olacaq.
Vatikan nümayəndələrinin sözlərinə görə, bu səfər, Yaxın Şərqin azalmaqda olan xristian əhalisində ümidləri dirçəltməli və bütün din nümayəndələrini dünyanın xeyrinə birgə işləməyə çağırmalıdır.
Məlumata görə Yaxın Şərq regionunda xristian əhalisinin sayı azalmaqdadır.
Son illərin ərəb üsyanları, Suriyada vətəndaş müharibəsi və radikal İslamın körüklənməsi bu prosesi daha da sürətləndirib.
Bu Fransiskin regiona ilk səfəridir.
Qeyd edək ki, Papa Fransisk İordaniyan kralı Abdullayla görüşdən və Oman stadionunda ibadətdən sonra İordan çayında Suriya və İraqdan olan qaçqınlarla görüşəcək.
Ayşən Mönsümlü