Modern.az

İTV rəsmisi: “2014 Avropa çempionatının seçmə oyunları bizdə yayımlanacaq”

İTV rəsmisi: “2014 Avropa çempionatının seçmə oyunları bizdə yayımlanacaq”

Education

11 Avqust 2014, 13:33



““Media və zaman” verilişi yeni vəsiqə alan layihədir, iyul ayından etibarən yayımlanır. İyulda iki buraxılışı efirə gedib, yaxşı rezonans doğurdu. Ona görə də, planlaşdırırıq ki, sentyabr ayından bu verilişi tok-şou variantına keçirək. Çünki onda dərslər başlayacaq, proqrama tələbə-jurnalistləri, müəllimləri, ictimaiyyət nümayəndələrini dəvət edə biləcəyik. “Yadigarlar” da bizdə yeni layihədir. Bu proqram da iyul ayında efirə çıxıb. Bu verilişlərin yayıma başlaması yeni mövsüm üçün bir növ start rolunu oynayır”.

Bunu Modern.az-a açıqlamasında İctimai TV-nin rəsmisi bildirib. O, qeyd edib ki, İTV-də yeni televiziya mövsümünə hazırlıq prosesi gedir: 

““Sərhədsiz idman”, “Müzakirə vaxtı” da yaxşı qarşılanan yeni proqramlardır. Yəqin ki, sentyabrdan da yenə təzə proqramlar təqdim edə bildik. Bu sahədə işlər gedir, jurnalistlər yaradıcı axtarışlarını davam etdirirlər. Verilişlərin dizaynında da yeni dəyişiklər olacaq. Xəbər proqramlarının strukturunun dəyişdirilməsi üzərində iş gedir. Xəbər aparıcılarının səviyyəsi razılıq doğurur. Amma səviyyələrinin daha da artırılması üçün müəyyən tədbirlər görüləcək. Sentyabrda başlayacaq 2014-cü il Avropa çempionatının seçmə oyunlarının yayım hüququ da İTV-yə aiddir”.

Misranə Həsənzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı