Modern.az

Ayətullah Xamnəi xəstəxanadan çıxdı

Ayətullah Xamnəi xəstəxanadan çıxdı

Education

15 Sentyabr 2014, 13:52


Ayətullah Xamnəi bu gün səhər Tehrandakı dövlət xəstəxanasını tərk edib. Müalicəsini bitirmiş İran ali dini lideri bir sıra siyasi məsələlərlə bağlı qısa açıqlamalar verib.

Modern.az Fars agentliyinə istinadən xəbər verir ki, Ayətullah Xamnəiyə ünvanlanmış suallar əsasən İŞİD, sözügedən terror təşkilatı ilə mübarizədə Amerika ilə mümkün əməkdaşlıq və s. bağlı olub.

Qeyd edək ki, bir müddət əvvəl İran lideri prostatdan cərrahiyyə əməliyyatı keçirib.

Azərbaycan prezidenti İlham Əliyev də ona müalicəsi ilə bağlı məktub ünvanlayıb.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı