Afrikanın qərbində yayılan ölümcül "Ebola" virusu qurbanlarının sayı getdikcə artır.
Son məlumatlara görə, virusdan ölənlərin sayı 2,4 min nəfərə çatıb, 4,7 min nəfərdən çox insan bu virusa yoluxub. Ötən gün qardaş Türkiyəyə miqrant kimi daxil olan, lakin sonradan polislər tərəfindən həbs edilən Əfqanıstan əsilli İran vətəndaşı Jamad Heydaridə ebola virusu aşkarlanıb. Azərbaycanda da hər gün ebola virusunun yayıldığı, yaxud digər ölkələrdən minlərlə əcnəbi gəlir.
Modern.az saytı Azərbaycana xarici ölkədən gələn vətəndaşların tibbi müayinədən keçməsinə nəzarət edilib-edilmədiyini araşdırıb. Səhiyyə Nazirliyinin mətbuat rəhbəri Anar Qədirlinin sözlərinə görə, sərhəddə yoxlama zamanı xarici vətəndaşlarda hər hansı epidemiya ilə bağlı fakt aşkarlanarsa, dərhal onlar tibbi müayinədən keçirilir və digər tədbirlər görülür: “Azərbaycana daxil olan xarici vətəndaşlar arasında indiyədək "Ebola" virusuna yoluxma faktı aşkarlanmayıb, lakin əvvəllər “quş qripi”ndən geri qaytarılan xarici vətəndaşlar olub. Biz bu məsələyə diqqət edirik”.
A. Qədirli deyib ki, ölkəyə daxil olan bütün xaricilərə yox, yalnız virus aşkarlanan ölkələrin vətəndaşlarına nəzarət var: “Biz həmin ölkələrdə ebola virusu ilə bağlı vəziyyəti nəzarətdə saxlayırıq və elə bir hal olarsa, dərhal tibbi müayinə edib, yoxlanılacaqlar”.
Məltəm Talıbazdə