Modern.az

Xocavəndin işğal günü Dağlıq Qarabağda qeyd edilib - FOTOLAR

Xocavəndin işğal günü Dağlıq Qarabağda qeyd edilib - FOTOLAR

Образование

2 Oktyabr 2014, 18:30

Bu gün Dağlıq Qarabağ ərazisinə daxil olan Nərgiztəpədə Xocavənd rayonunun Ermənistan ordusu tərəfindən işğal olunmasının 22-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Modern.az-ın məlumatına görə, dövlət Himni səsləndikdən sonra Vətənin müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Xocavənd  rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, II ordu birləşməsinin komandiri general -mayor Xəqani Cəbrayılov, II ordu birləşməsinin şəxsi heyət üzrə komandir müavini polkovnik Elçin Kərimov, Ağcabədi rayon Müharibə Əlilləri Cəmiyyətinin sədri Ələsgər Allahverənov, rayon ictimaiyyətinin, KİV-lərin nümayəndələri iştirak edib.

Eyvaz Hüseynov xocavəndlilərin 4 il ərzində ermənilərə qarşı inadlı müqavimət göstərdiyini,hər qarış torpaq uğrunda qanlar töküldüyünü, şəhidlər verildiyini, bu qeyri – bərabər döyüşlərdə rayonun uşaqlı – qadınlı, cavanlı - qocalı bütün sakinlərininqəhrəmanlıqla iştirak etdiyini vurğulayıb.

Elçin Kərimov, Ələsgər Allahverənov da öz çıxışlarında Xocavənd rayon sakinlərinin Qarabağ müharibəsi zamanı düşmənə qarşı əzmkarlıqla mübarizə apardıqlarını və münaqişə zamanı çox böyük itkilər verdiklərini bir daha vurğulayıblar.

Tədbir rayon idmançılarının ifasında bir sıra idman göstərilərinin təqdim olunması ilə davam etdirilib və rayon Mədəniyyət evinin hazırladığı ədəbi-bədii kompozisiyanın nümayişi  ilə başa çatıb.

Məlumat üçün bildirək ki, 1992-ci il oktyabrın ayının 2-də Xocavənd rayonu Ermənistan silahlı birləşmələri və onların havadarları tərəfindən işğal edilib.

İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi ermənilər tərəfindən yandırılaraq əmlakları talan edilib, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılaraq viran edilib.

Erməni vandalları tərəfindən 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə məssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidə dağıdılmışdır. Rayonun infrastrukturuna aid olan  12 rabitə qovşağı, 341 km aftomobil yolları, 32 körpü, 42 su anbarı və 316 km su kəməri xətti dağıdılmış, talan edilərək yararsız hala salınıb.

İşğal nəticəsində vurulmuş maddi, mənəvi ziyanla barəbər, rayonun bitki və meşə örtüyünə də böyük miqdarda zərər dəyib. Belə ki, rayonun 1202 ha meşə sahəsindəki qiymətli ağac növləri qırılaraq məhv edilib.4 il ərzində ermənilərə qarşı inadlı müqavimət göstərilmiş bu torpaqların hər qarışı uğrunda qanlar tökülüb, şəhidlər verilib. Bu qeyri – bərabər döyüşlərdə rayonun uşaqlı – qadınlı, cavanlı - qocalı bütün sakinləri qəhrəmanlıqla iştirak ediblər. Ermənilərlə qeyri – bərabər mübarizədə 4 ay mühasirədə qalanQaradağlıkəndində 91 nəfər şəhid olub, bu da kənd əhalisinin hər 10 nəfərindən biri deməkdir. Xocavəndlilər öz ata - baba yurdlarının müdafiəsi uğrunda 145 nəfər şəhid verib, bu da rayonun azərbaycanlı əhalisinin hər 50 nəfərindən biri deməkdir. Zorla cəlb olunduğumuz bu ədalətsiz müharibədə rayon sakinlərindən 300 nəfərdən çox insan sağlamlığını itirib və ya əlil olub, 243 uşaq valideynlərindən birini, 68 qadın həyat yoldaşını itirib. Müxtəlif dövrlərdə girov götürülmüş 110 nəfər dinc sakinlərdən 49 nəfəri əsir və girovluqda olarkən  erməni terroru və vəhşiliyinin qurbanı olub, bir ailədən olan 3 uşaq hər iki valideynini itirib.







Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı