Modern.az

Sevil Əliyevanın 59 yaşı tamam olub - FOTOLAR

Sevil Əliyevanın 59 yaşı tamam olub - FOTOLAR

Education

12 Oktyabr 2014, 18:02


Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyevanın ad günüdür. Modern.az saytının məlumatına görə, Sevil Əliyevanln 59 yaşı tamam olub.

Sevil Heydər qızı Əliyeva 1955-ci il oktyabrın 12-də Bakıda anadan olub. 1961-1971-ci illərdə orta məktəbdə, eyni zamanda musiqi məktəbində təhsil alıb. 1971-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini ərəb dili şöbəsində təhsilini davam etdirib.
1977-1980-cı illərdə Moskvada SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında oxuyub. 1981-ci ildə elmi tədqiqatını başa çatdırıb namizədlik dissertasiyası müdafiə edib. Tarix elmləri namizədidir.

1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olub.

Bir qızı, iki oğlu var.

Sevil Əliyeva uzun illərdir övladları ilə birgə Londonda yaşayır. 1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirən S.Əliyeva bir sıra mahnıların, o cümlədən anası, mərhum akademik Zərifə Əliyevaya həsr etdiyi “Ana” elegiyasının müəllifidir. O, həm də Space” Televiziyasının qurucusudur.

S.Əliyeva “Sevil" Qadınlar Məclisinin sədri, "SOS" Uşaq Kəndləri - Azərbaycan Assosiasiyasının fəxri prezidentidir.

Sevil Əliyevanın sonuncu dəfə bir neçə gün öncə - oktyabrın 5-də Qurban bayramında ictimaiyyətə mesaj ünvanlayıb. O, Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Modern.az aytının xəbərinə görə, Sevil xanım bayram təbrikini Facebook sosial şəbəkəsində belə yazıb:
“Uca Rəbbimizə şükürlər olsun ki, daha bir mübarək Qurban bayramına qovuşduk, əziz soydaşlarım. İslam aləminin bu mübarək bayramı münasibətilə sizə və sevdiklərinizə can sağlığı, uzun ömür, uğurlar diləyirəm!”.






 





A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı