Modern.az

Azərbaycan ağsaqqallarının sədri Bişkekə gedir

Azərbaycan ağsaqqallarının sədri Bişkekə gedir

Təhsil

26 Oktyabr 2014, 12:49

Oktyabrın 27-28-də Qırğızıstanın Bişkek şəhərində Türk Şurasına üzv ölkələrin Ağsaqqallar Şurasının 8-ci iclası keçiriləcək.

İclasda Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov iştirak edəcək.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Türk Akademiyasının gələcək fəaliyyətinə dair tövsiyələr, iqtisadi sahədəki əməkdaşlığın digər sahələrdə də həyata keçirilməsi, Türk Şurasına üzv ölkələrin diasporlarının regional mərkəzlərinin yaradılması, şuranın gələcək iş planı və digər mövzularda fikir mübadiləsi aparılacaq.(anspress.com)

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı