Modern.az

Deputat qəbul olunan qanunlardan gileyləndi

Deputat qəbul olunan qanunlardan gileyləndi

Təhsil

28 Oktyabr 2014, 14:03



“Bəzən qanunlar tam dolğun işlənilmədən qəbul olunur”. Modern.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında “15 yaşı tamam olmamış Azərbaycan vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanunda dəyişikliyin müzakirəsi zamanı deputat Çingiz Qənizadə deyib.

O bildirib ki, bunun timsalında bütün qanunlar tam detallarına qədər işlənərək qəbul edilməlidir: “Biz bu qanunu bu yaxınlarda qəbul etmişdik. Yenidən dəyişiklik etmək göstərir ki, qanunu dolğun qəbul etməmişik. Xahiş edirəm, bundan sonra qanunları qəbul edərkən onun detallarına diqqətlə yanaşılsın ki, üstündən bir il keçməmiş yenidən baxılmaq üçün müzakirəyə çıxarılmasın”.

Bundan sonra dəyişiklik qəbul edilib.

Aqşin KƏRİMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı