Modern.az

Misirdəki terror təşkilatı İŞİD-ə sədaqət andı içdi

Misirdəki terror təşkilatı İŞİD-ə sədaqət andı içdi

Education

11 Noyabr 2014, 11:19


Sina yarımadasındakı hücumları və şəhərlərdəki terror hərəkətləriylə Misirin ən təhlükəli terror qruplaşması  olan Ənsar Beyt əl-Makdis, İŞİD lideri Bağdadiyə bağlılıq andı işib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki,  cihadçı İŞİD təşkilatı prezident Məhəmməd Mursinin geniş xalq dəstəyinə söykənən hərbi zərbəylə devrilməsinin ardından radikal güclərin üstünlük təşkil etdiyi Misirə də həmlələr etməyə başlayıb.  

Ənsar Beyt əl-Makdis, İŞİD-ə bağlandığını elan edib:

“Qüdsün Tərəfdarları” mənasını verən təşkilat onlarla Misirli əsgər və polisi öldürüb. Twitter üzərindən nəşr olunan bir səs yazısında İŞİD lideri Əbu Bəkir əl Bağdadi üçün “İbrahim İbn Avad” ləqəbibi verən  istifadəçi “Xəlifəyə bağlılılıq andımızı çatdırın. Onu dinləyib ona boyun əyəcəyik. Hər yerdəki müsəlmanları, xəlifəyə bağlanmağa və dəstək verməyə çağırırıq” deyib.  

Gülşən Raufqızı

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı