Modern.az

“Türk yurdu” Azərbaycan siyasi mühacirəti haqqında

“Türk yurdu” Azərbaycan siyasi mühacirəti haqqında

Education

11 Noyabr 2014, 17:49

ABİD TAHİRLİ

filologiya elmləri doktoru

1911-ci il noyabr ayının 30-da İstanbulda Türk ocaqlarının orqanı kimi fəaliyyətə başlayan və bu gün nəşrini Ankarada davam etdirən “Türk yurdu” dərgisi Türkiyənin ən köklü ,ən yaşlı ideya, fikir milliyyətçi jurnalı kimi “türkün əsrlik çinarı” adını şərəflə daşımaqdadır. “Türklərin faydasına çalışır” –sözləri ilə işıq üzü görən dərgi bu gün artıq türk xalqlarının 100 illik mədəni tarixini əks etdirən ensiklopedik mənbəyə çevrilmişdir və türk dünyasının ən parlaq və əbədiyaşar simalarından olan İsmayıl Qaspiralının məşhur “Dildə, fikirdə, işdə birlik” – şüarı ilə hazırda da türk xalqlarının ədəbi- mədəni ,ictimai həyatının salnaməsini yazmaqdadır.

“Türk yurdu”nun ötən illər ərzində əsas və aparıcı mövzularından biri Azərbaycan olmuşdur. Dərgi bu gün də ənənəsinə sadiqdir. Jurnalın 2014-cü ilin oktyabr ayında çıxan 326-cı (687) nömrəsində Azərbaycan mühacirət probleminin səriştəli və fədakar tədqiqatçısı Ömər Özcanın “ Azərbaycan siyasi mühacirəti tarixi” adlı məqaləsi dərc edilmişdir. Müəllif yazıda Georgi Mamulia və Ramiz Abutalıbovun “Odlar ölkəsi azadlıq və müstəqillik uğrunda mübarizədə (Azərbaycan mühacirətinin siyasi tarixi: 1920-1945-ci illər) adlı kitabın (Bakı- Paris, 2014, 584 səh.) nəşrini təqdir edir, sanballı tezislərlə əsərin məzmununu oxuculara çatdırır, çox böyük zəhmətin sayəsində ərsəyə gələn kitabın əhəmiyyəti barədə düşüncələrini bölüşür. Ömər Özcanın fikrincə, tarixi sənədlərə, təkzibolunmaz faktlara və qaynaqlara istinad edilərək qələmə alınmış bu əsər Azərbaycan mühacirət problemi ilə bağlı bir sıra suallara aydınlıq gətirir və “siyasi mühacirətin indiyə qədər bilinən tarixindən fərqli, formalaşmış bilgilərimizi dəyişdirəcək fikirləri ehtiva edir”.


 

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı