
Bakının ən böyük yolarından biri - Heydər Əliyev prospekti bağlanır. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı məlumata görə, prospektin müvəqqəti bağlanmasına səbəb burada yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi işləridir.
Noyabrın 14-də saat 22:00-dan etibarən saat 04:00-dək Heydər Əliyev prospekti - əsas yolda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.