Modern.az

ABŞ-da qar fırtınasında ölənlərin sayı 12-yə çatıb

ABŞ-da qar  fırtınasında ölənlərin sayı  12-yə çatıb

Education

21 Noyabr 2014, 13:52


Modern.az xarici mətbuata istinadən xəbər verir ki,  ABŞ-da  3 gündür şiddətli yağan  qar nəticəsində  Nyu-York   şəhəri də daxil olmaqla,  bir çox bölgələrdə  havanın temperaturu 0  dərəcəyə enib.

Qeyd edək ki,  günlərdi yağan qar  artıq 2 metrə qədər yüksəlib.

Yağan güclü qar yollarda nəqilyyatın hərəkətində çətinliklər yaradıb. Nyu-Yorkun    xüsusən  Buffalo şəhərində avtomobillər qarın altında qalıb.

Yollarda köməksiz qalan insanlara yardım etmək üçün əsgərlər işə cəlb olunub. Buffalo bölgəsində təxminən  500 ev və işyerləri işıqsız qalıb .

Əhalinin təhlükəsizliyini təmin etmək üçün damları  dağılmaq üzrə olan evlərin sakinləri köçürülüb. 

Məltəm TALIBZADƏ

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı