Modern.az

Prezident FHN əməkdaşlarını təltif etdi

Prezident FHN əməkdaşlarını təltif etdi

Education

16 Dekabr 2014, 00:09


Dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşının ali hərbi rütbə, yüksək fəxri adlar, orden və medallarla təltif olunması barədə sərəncamlar imzalayıb.

Modern.az saytının məlumatına görə sərəncamlara əsasən, bir nəfər general-mayor ali hərbi rütbəsi, iki nəfər “Əməkdar mühəndis” fəxri adları ilə təltif edilib.

Dövlət  başçısının digər Sərəncamı ilə dörd nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, iki nəfər “3-cü dərəcəli Vətənə xidmətə görə” ordenləri, altı nəfər “Hərbi xidmətlərə görə”, on nəfər isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunub.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı