Modern.az

Türklüyə xidmət edənlər bəlli oldu - SİYAHI

Türklüyə xidmət edənlər bəlli oldu - SİYAHI

Education

22 Dekabr 2014, 09:46

25 dekabr tarixində Dünya Azərbaycanlılarının Həmrəylik günü çərçivəsində "Borçalı"Cəmiyyətinin ənənəvi Gürcüstan Türklətinin həmrəylik günü təntənəli tədbiri keçiriləcək. Tədbirdə akademik Zahid Xəlilovun xatirəsinə təsis olunmuş Türklüyə Xidmət Ödülünün və ilin Şərəf Medalının təqdimat mərasimi olacaq.
Modern.az saytı xəbər verir ki,  “Borçalı” Cəmiyyətinin İdarə Heyəti 20 dekabr tarixli iclasında mükafatçıları müəyyənləşdirib.

Türklüyə Xidmət Ödülünün qalibləri aşağıdakılardır.

1.MƏHƏRRƏM YILDIZ (Türkiyə)- “Borçalı” Cəmiyyətinin Türkiyə təmsilçisi, iş adamı, Kars Sərhədboyu dərnəyinin başkanı, Karssporun prezidenti fəal siyasi və ictimai fəaliyyətinə görə təltif edilir.

2. QURAM MARXULİYA – (Gürcüstan) Suxumi Dövlət universitetinin professoru, Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə təltif edilir.

3. OSMAN ƏHMƏDOĞLU – (Gürcüstan) şair, Gürcüstan aşıqlar birliyinin sədri, ardıcıl ictimai fəalyyyətinə görə təltif edilir.

4. HƏSƏN DƏMİRÇİ İranda soydaşlarımızın hüquqlarının qorunmasındakı müstəsna xidmətlərinə görə təltif edilir.

5. RAFİQ ƏLİYEV, akademik, elmi uğurları və sağlam ziyalı mövqeyi göstərdiyinə görə təltif edilir.

6. RAMİZ MƏMMƏDOV  akademik, Coğrafiya İnstitutunun direktoru,Elmdə əldə etdiyi nuğurları və ictimai fəaliyyətinə görə təltif edilir.

7. SABİR RÜSTƏMXANLI DAK həmsədri, VHP sədri, millət vəkili aktiv ictimai, siyasi fəaliyyətrinə görə təltif edilir.

8. MUSTAFA CƏMİLOV – Krım türkərinin lideri, millət vəkili, krım türklrinin hüquqlarının qorunmasında göstərdiyi fədakarlıqlara görə təltif edilir.

Şərəf Medalı qalibləri aşağdakılardır.

2014-cü il ərzində Borçalı Cəmiyyətinin fəaliyyətinə verdiyi dəstəyə və səmərəli fəaliyyətlərinə görə

 Dmanisi rayonİcra Hakimiyyətinin başçısı Gogita Barbakadze,

 Milət vəkili Fazil Mustafa,

Məşhur müğənni, Güney azərbaycanlı Pərisa Ərsalani,

Vətən və millətini ürəkdən sevən şair Hüşəng Cəfəri,

“Maarif” qəzetinin qurucusu, eyni adlı QHT-nin sədri Ələddin Qarabağlı,

Muxran çokəkliyi, fəal  ictimai fəaliyyət göstərdiyinə görə Cambul Məmmədov

Telavi, Qaracala orta məktəbinin direktoru Elza Aşurova,

Pəhləvan Laçın Abdulhüseynov,

Şair, publisist Alxan Binnətoğlu,

“Türksoyla İpəkyolu” strateji araşdırma mərkəzinin qurucusu, jurnalist, tədqiqatçı Seyfullah Türksoy,

Bursadan iş adamı Zəkəriyyə Kutlucan,

Bursadan, məmur Selattin Turan,

Qaraçöp bölgəsi, məktəb direktoru Qazax Abdullayev ,

Aşurov Kənan İsaxanoğlu -Kərkükə qurban kampaniyasında fəal olduğu üçün

Elmi işçi Günay Qasımova - Kərkükə qurban kampaniyasında fəal olduğu üçün

Rüfət Muradlı – Təbriz gecəsi və Elat bayramının təşkilindəki fəaliyyətinə görə

Hikmet Elp- İstanbul, Azərbaycan Külter Evinin təşkilindəki fəaliyyətinə görə

Engin Aybirdi – İstanbul, Karapapak Tərəkəmə dərnək başkanı- səmərəli fəaliyyətinə görə.

Təqdimat mərasimi 25 dekabr tarixində QİZLAR sarayında olacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı