Modern.az

ABŞ-ın yeni səfiri Elmar Məmmədyarovla görüşdü

ABŞ-ın yeni səfiri Elmar Məmmədyarovla görüşdü

Təhsil

16 Fevral 2015, 21:08

Xarici işlər naziri Elmar Məmmədyarov fevralın 16-da ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Robert Sekutanı qəbul edib. Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumatda qeyd olunur ki, görüş zamanı səfir Robert Sekuta xarici işlər naziri Elmar Məmmədyarova etimadnaməsinin surətini təqdim edib.

XİN mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə görüş zamanı səfir bildirib ki, diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrin genişləndirilməsi üçün səylərini əsirgəməyəcək.

Xarici işlər naziri Elmar Məmmədyarov səfiri Robert Sekuta onun diplomatik fəaliyyətində uğurlar arzulayıb.

 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı