Modern.az

İstanbulda görülməmiş böhran

İstanbulda görülməmiş böhran

Təhsil

18 Fevral 2015, 20:45

İstanbula yağan güclü qarın hava nəqliyyatına da mənfi təsiri davam edir. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyə Hava Yolları (THY) uzun mənzilli və Avropanın uzaq nöqtələri istisna olmaqla bütün daxili və xarici səfərlərini ləğv etdiyini bildirib. Türk Hava Yollarının əlverişsiz hava şərtləri səbəbi ilə ləğv etdiyi reysin sayı hər keçən dəqiqə artarkən Atatürk Hava Limanında enişin aparılmaması səbəbindən sərnişinlərin qeydiyyat əməliyyatları dayandırılıb.

Gün boyu baş verən imtinalar sonrası, hava limanda uzun müddət gözləmək məcburiyyətində qalan sərnişinlər biletlərini ləğv etdirmək və otelə girmək üçün metrlərlə növbə yaradıb. Bundan başqa, THY bu ana qədər 6 min 500 sərnişinini müxtəlif otellərdə yerləşdirib.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı