Modern.az

“8 An.a” foto lahiyəsi - FOTO

“8 An.a” foto lahiyəsi - FOTO

Education

8 Mart 2015, 10:00


“Səhiyyə Maarifi və Sağlam Həyat” İctimai Birliyi, Caspian Group – un dəstəyi ilə, “8 An.a” mövzu başlığı altında sosial foto-layihəni həyata keçirib.

Modern.az xəbər verir ki, dünyada baş verən qadınlara qarşı məişət, cinsi zorakılıqların sayı günü-gündən artmaqdadır. Müasirləşən dünyada, geriliyən bir neçə insani keyfiyyətlər bu gün, cəmiyyəti formalaşdıran ailə anlayışında bu problemlərin yaranmasına səbəb olur və “xoşbəxtlik” hissinin azalması ilə nəticələnir. Məhs bu səbəbdən, 8 mart Beynəlxalq Qadınlar Günü ərəfəsində “Səhiyyə Maarifi və Sağlam Həyat” İctimai Birliyi, sosial layihə həyata keçirib.

Layihənin əsasə məqsədi, ictimaiyyətə qadınların nə qədər önəmli olduğu və onların bir fərd olaraq özündə onlarla obraz cəlb etdiyini göstərməkdir. Qadının ailədə olan obrazlarının bir neçəsi foto-layihədə əks etirilmişdir. 8 An.a layihəsinin adının kreativliyinin açıqlaması – 8 mart üçün, 8 anda, 8 ana obrazı çəkilən və bütün bu obrazların əslində bir anaya aid olması kimi qeyd olunur.

Qadın: həkim, hakim, müəllim, kloun, aşbaz, təmizlikçi, dərzi və ən sonda bu obrazları özündə cəmləndirən ANA obrazı olaraq tamamlanmışdır.

Layihənin əsas məqsədi, ailədə qadının nə qədər önəmli olduğunu xatırlatmaq və onun yalnızca əks-cins olaraq deyil, onun onlarla keyfiyyətin daşıyıcı olmasını kənardan göstərməkdir. “Unutmayaq ki, bir qadına qarşı olan kobudluq, bir qız övladına, bir bacıya, bir anaya, bir həyat paylaşdıqları qadına qarşı olan kobudluqdur. Analar, ayaqları altında cənnəti daşıyan böyük yaradılışdır.

Qadınlar çiyinlərində o qədər məsuliyyət daşıyır ki, onlara zəif demək düzgün olmazdı. Onlar zəif deyil, zərifdir. Onlar zərif qəhrəmanlardır. Bütün bunları az da olsa əks etdirməyə, hər bir ananın – ailə qadının əslində 1 fərd olaraq, onlarla əməyi yerinə yetirən bir qəhrəmandır. Bütün bunları nəzərə alaraq, cəmiyyətimizə ailənin ən önəmli üzvü olan qadını kənardan göstərmək və xanımlarımıza kiçik bir təşəkkür hədiyyəsi hazırlamağa qərar verdik.” – deyə, layihənin müəllifi Nərmin Kərimli, qadının önəmliyini vurğuladı.

Layihənin ərsəyə gəlməsində məhşur rejissor, prodüsser Samirə Cəfərova, tanınmış vizajist Aynur Ağabəyova, xüsusi çəkiliş heyəti də könüllü olaraq layihədə iştirak etmişdir. Qeyd edək ki, Ailədə qadının rolunu canlandıran, Azərbaycanın məhşur modelyeri Zümrüd Mirzəliyevadır.


Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı