Modern.az

Ərdoğan: “Güclü dövlət olsaydıq, Qarabağda qətliam olmayacaqdı”

Ərdoğan: “Güclü dövlət olsaydıq, Qarabağda qətliam olmayacaqdı”

Eğitim

16 Mart 2015, 21:56


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Gölbaşındakı ASELSAN Radar və Elektronik Mərkəzinin açılış mərasimində Dağlıq Qarabağ münaqişəsindən danışıb.

Modern.az saytı “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğan ölkəsini 90-cı illərdə indiki kimi güclü olmadığına diqqət çəkib.

O söyləyib ki, Türkiyə 1990-cı illərin əvvəllərində güclü bir dövlət olsaydı Dağlıq Qarabağa münaqişəsi zamanı ermənilər azərbaycanlıları qətlə yetirməzdilər. O, Yaxın Şərqdəki münaqişələr fonunda Dağlıq Qarabağ problemində söz açaraq belə deyib:

“...O zamankı, 1990-cı illərin Türkiyəsi bu günkü Türkiyə olsaydl, bizə qarşı qətliam olmayacaqdı. Eyni vəziyyətin Qarabağ məsələsi və Yaxın Şərqdəki bir çox hadisə üçün keçərli olduğuna inanıram”.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı