Modern.az

Müdafiə nazirinin evinə “Molotov kokteyli” atdılar

Müdafiə nazirinin evinə “Molotov kokteyli” atdılar

Education

9 İyun 2015, 12:14


Çexiyanın müdafiə naziri Martin Stropnitskinin evinə naməlum şəxslər “Molotov kokteyli” atıblar.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, hadisə ötən bazar günü baş versə də, istintaq marağına görə informasiya gizlədilib.

Məlumatda qeyd edilir ki, naməlum şəxslər  müdafiə nazirinin Praqadakı evinə bir neçə yandırıcı maddə olan şüşə atıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb, nazirin mühafizəsi gücləndirilib.

Martin Stropnitski hadisə zamanı evdə olmayıb.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı