Modern.az

Ramazan bayramına görə pensiyalar vaxtından əvvəl verilib

Ramazan bayramına görə pensiyalar vaxtından əvvəl verilib

Education

15 İyul 2015, 14:44


Dövlət Sosial Müdafiə Fondu Ramazan bayramı ərəfəsində əmək pensiyalarının maliyyələşdirilməsini qrafikdən əvvəl başa çatdırıb.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Modern.az-a verilən məlumatlara görə, Dövlət Sosial Müdafiə Fondu qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar olaraq bu ilin iyul ayı üzrə əmək pensiyalarının müəyən edilmiş qrafikdən əvvəl maliyyələşdirilməsini təmin edib.

Belə ki, DSMF-nin mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyul ayının 2-si, respublikanın digər rayon və şəhərləri üzrə isə iyul ayının 15-i tarixində tam yekunlaşıb.

İyulun 1-nə olan ilkin məlumata görə, hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 293 060 nəfər təşkil edir. Onların 60,4 faizini yaşa görə, 28,6 faizini əlilliyə görə, 11,0 faizini isə ailə başcısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı