Modern.az

Şuşa hər birimizi özünə çəkir

Şuşa hər birimizi özünə çəkir

Aktual

24 Dekabr 2021, 20:34

Bu, mənim Şuşaya bu il yeddinci səfərimdir. Şuşa hər birimizi özünə çəkir.

 

Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev dekabrın 24-də Şuşada, Cıdır düzündə çıxışı zamanı deyib.

 

Şuşada müxtəlif tədbirlərin açılışlarında iştirak etdiyini xatırladan dövlətimizin başçısı deyib ki, o tədbirlər Şuşanın Azərbaycan xalqına, Azərbaycan mədəniyyətinə məxsus olmasını bir daha təsdiqləyir: “Hər dəfə Şuşada hansısa tədbir nəzərdə tutulduqda böyük həvəslə, böyük sevgi ilə, məhəbbətlə Şuşaya gəlirdim və hesab edirdim ki, bu günü də mən məhz burada - Şuşada hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etməliyəm və bunu edirəm”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK HÜCUMLAR: İran bombalanır, Bakı hədələndi - YOX EDƏRİK! - Xəbəriniz Var? - Media Turk TV