Modern.az

Tanınmış iqtisadçı-ekspert vəfat etdi

Tanınmış iqtisadçı-ekspert vəfat etdi

Allah rəhmət eləsi̇n

13 Mart 2017, 12:41

Nazirlər Kabinetinin keçmiş şöbə müdiri, tanınmış iqtisadçı-ekspert Oqtay Haqverdiyev vəfat edib.

İqtisadçı bir müddət əvvəl Modern.az-a açıqlamasında ürəyində yaranan narahatlığa görə müalicə aldığını, səhhətinin yaxşı olmadığını açıqlamışdı.

Xatırladaq ki, O.Haqverdiyev Nazirlər Kabinetinin Maliyyə-kredit şöbəsinin sabiq müdiri, iqtisadiyyat nazirinin keçmiş müavini olub.

O, Azərbaycanın ən tanınmış nəsillərindən birinin təmsilçisi, yazıçı Əbdürrəhim bəy Haqverdiyevin qardaşı nəvəsi idi.


Allah rəhmət eləsin...



Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı