Modern.az

Yeni muğam müsabiqəsi başlanır...

Yeni muğam müsabiqəsi başlanır...

Ölkə

29 Dekabr 2010, 13:51

Növbəti respublika muğam müsabiqəsinin vaxtı mart ayında açıqlanacaq. Bu barədə AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova Modern.az-a məlumat verib.  

Onun sözlərinə görə, artıq Şamaxı, Bərdə, Gəncədə xalq artistləri Arif Babayevin və Səkinə İsmayılovanın iştirakı ilə dinləmələr keçirilib. Abşeronda da 194 dinləyci arasında seçim turu davam edir.

X.Qasımova qeyd edib ki, rayonlarda seçim turları davam edəcək. Müsabiqənin münsifləri və aparıcıları barədə isə mart ayında rəsmi açıqlama veriləcək.
”Muğam” televiziya müsabiqəsi gənc muğam ifaçılarına öz istedadlarını göstərmək imkanı verir. Artıq bir neçə ildir ki, müsabiqə AzTV-də keçirilir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı