Modern.az

Rektor qış imtahanlarının gedişini izlədi

Rektor qış imtahanlarının gedişini izlədi

کشور

14 Yanvar 2011, 13:58


Yanvarın 14-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində I və II kursda  keçirilən imtahanların gedişini izləyib.
Modern.az-ın məlumatına görə, izləmə prosesində Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi İradə Quliyeva, ADU-nun Tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov, Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev, İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımova, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Məcid Əliyev iştirak edib. 

Kommunikativ qrammatika, Müasir Azərbaycan dili, ABŞ-ın coğrafiyası, İnformatika və komyuter texnologiyası,  İngilis dili, Alman dili, Fransız dili və Norveç dili fənləri üzrə keçirilən imtahanların gedişatı ilə tanış olan rektor S. Seyidov normativ sənədlərə baxış keçirib. Qeyd edək ki, Norveç dili fənnindən olan imtahan norveçli müəllim Helene Quldbrandsenn tərəfindən aparılıb. İmtahan sessiyasının şəffaf, obyektiv və qaydalara uyğun keçirildiyini deyən rektor  şikayətlərlə bağlı universitetdə Operativ Qərargahın, eyni zamanda “Qaynar xətt”in  fəaliyyət göstərdiyini tələbələrin diqqətinə çatdırıb. Universitetdə tələbələrin tədrisi üçün bütün imkanların yaradıldığını nəzərə çatdıran S. Seyidov  imtahanlarda tələbələr uğurlar arzulayıb. O, kredit borclarının yerinə yetirməyin vacib olduğunu da vurğulayıb.

Xatırladaq ki, ADU-da  qış imtahan sessiyası yanvarın 5-dən başlayıb. Yanvarın 31-dək davam edəcək qış imtahan sessiyası 7 fakültənin (1 saylı İngilis, Tərcümə, Fransız dili, Alman dili, Filologiya, Regionşünaslıq və Beynəlxalq münasibətlər, Əlavə təhsil) əyani gündüz, 1 fakültənin isə (2 saylı İngilis dili fakültəsi) əyani gündüz və axşam bölmələrində aparılır.

Fakültələrdə imtahan-yazı işlərinin kodlaşdırılmasını təmin etməsi üçün tədris hissəsinin 4 əməkdaşı fakültələrdə imtahan-yazı işlərinin kodlaşmasını həyata keçirirlər.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı