Gəncədə yaşayış binasında qaz partlaması nəticəsində qadın xəsarət alıb. Modern.az APA-ya istinadən xəbər verir məlumata görə, hadisə şəhərin 2-ci mikrorayonunda qeydə alınıb. Qaz sızması səbəbindən baş vermiş partlayış nəticəsində Rəqibə Musayeva müxtəlif bədən xəsarətləri alaraq, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Modern.az