Modern.az

Elmar Vəliyev iclas keçirdi, gəncəlilərə yeni xəbərlər verdi

Elmar Vəliyev iclas keçirdi, gəncəlilərə yeni xəbərlər verdi

Ölkə

3 May 2011, 20:10


“Azərbaycanda Nizami mərkəzinin yaradılması nəzərdə tutulur. 70-80 nəfər işçinin çalışacağı mərkəz Gəncə şəhərində fəaliyyət göstərəcək”.
Bu sözləri mayın 3-də Gəncə şəhər İcra Hakimiyyətində keçirilən iclasda icra başçısı Elmar Vəliyev səsləndirib. Tədbirdə bir sıra mövcud problemlərə də toxunulub. Gəncənin sosial-iqtisadi inkişaf planına daxil olan layihələrin müzakirəsi ilə bağlı keçirilən tədbirdə Elmar Vəliyev bildirib ki, bu işlərdə məqsəd qədim şəhərin tarixi memarlığını qorumaqla yanaşı, onu ən müasir şəhərə çevirməkdir.
Çünki Gəncədə olan 227 qədim bina və 300 tarixi abidə şəhərin turizm baxımından da böyük imkanlara malik olmasından xəbər verir. Yeni layihələrin sırasında isə Gəncə Dövlət Filarmoniyası, gənclərin asudə vaxtlarının səmərli şəkildə keçiriməsi üçün Gənclər Sarayı, şəhər stadionu, Olimpiya kompleksinin adları var.

İcra başçısı təhsil sahəsində də bir çox yeni layihələrin həyata keçiriləcəyini də deyib. E.Vəliyev Gəncənin qala divarları və Nizami məqbərəsində aparılan işlər barədə də danışaraq deyib ki, məqbərədə Nizami Gəncəvinin əsərləri əksini tapacaq. Bunun üçün artıq seçilən əsərlər paytaxta göndərilib.

Tədbirdə daha bir diqqətçəkən layihə Gəncə çayında aparılacaq işlərlə bağlı olub.
İcra başçısı tədbirdə Gəncədə fəaliyyət göstərən bir neçə idarə rəhbərlərinin vəzifələrindən sui-istifədə etməsinə də toxunub. Xüsusən Gəncə Uşaq evindəki nöqsanlardan danışan Elmar Vəliyev burada görüləcək işlərdən də danışıb.

Elmar Vəliyev “çıxıb televizorda deyirlər ki, icra başçısı Uşaq Evinə xəbərsiz gəlir. Mən anlamıram Uşaq Evinə getmək üçün oranın keçmiş müdirindən icazəmi almalıyam? Orada baş verən nöqsanlar barədə hüquq mühafizə orqanlarına məlumat verəcəm və bununla bağlı ölçü götürüləcək. Amma qeyd edim ki, bina tamamilə yenilənəcək. İki mərtəbəli bina olduğundan onun dam örtüyü də dəyişdirilməlidir və binada əsaslı təmir işləri aparılmalıdır. Çünki uşaqların hələ ki nə idman zalları var, nə də kompüter otaqları” deyə o bildirib.

Tədbirin sonunda iştirakçılar yeni layihələrlə bağlı öz rəy və təkliflərini icra başçısının diqqətinə çatdırıb.


Xaliq Qurbanov
Gəncə

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı