Modern.az

Həkimlər və müəllimlər dövlət qulluğunun xüsusi növünə aid ediləcək

Həkimlər və müəllimlər dövlət qulluğunun xüsusi növünə aid ediləcək

کشور

23 İyun 2011, 10:44

“Azərbaycanda həkimlər və müəllimlər dövlət qulluğunun xüsusi növünə aid ediləcək”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hazırda bununla bağlı işlər aparılır və normativ hüququ baza hazırlanır: “Onların “Dövlət qulluğu haqqında” qanunla müəyyən edilmiş statusları olmayacaq. Ancaq hüquq-mühafizə orqanlarının əməkdaşları kimi, dövlət qulluğunun xüsusi növü olaraq xüsusi statusları olacaq”.

B. Xəlilov dövlət qulluğunun xüsusi növü şamil edildikdən sonra həkimlərin və müəllimlərin işə qəbulunun komissiya tərəfindən həyata keçirilib-keçirilməyəcəyi məsələsinin hələ müəyyənləşmədiyini deyib. O, bildirib ki, hazırda Azərbaycanda “Dövlət qulluğu haqqında” qanunun şamil edildiyi dövlət qulluqçularının ümumi sayı 30 min nəfərdir: “Başqa sahələrdə olduğu kimi, bu sahədə də islahatlar aparılır”.
B.Xəlilov deyib ki, indiyədək dəqiqləşdirilən məlumata görə, dövlət qulluqçularının 300 nəfərinin yaşı 65 və ondan yuxarıdır. 65 yaşa çatan dövlət qulluqçularının sayının dəqiqləşdirilməsi davam edir,  proses tezliklə yekunlaşacaq.

Komissiya sədri deyib ki, 65 yaşa çatan dövlət qulluqçuları ya təqaüdə göndəriləcək, ya da çalışdıqları dövlət orqanının rəhbərinin razılığı ilə onlarla 1 il müddətinə əmək müqaviləsi bağlanacaq.

Modern.az-ın məlumatına görə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda bu yaxınlarda edilən dəyişikliklər nəticəsində dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65 müəyyənləşdirilib. 65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı